Terlan Novxani & Naili İmran - Bimar 2022 (Video Music)

Описание к видео Terlan Novxani & Naili İmran - Bimar 2022 (Video Music)

Tərlan Novxanı & Naili İmran - Bimar

Söz/Mus: Tərlan Novxanı
PR Menecer: Nadir Kərimov

Bimar - Sözləri :

Nə edim mən dili bimar, məni sevmir o gözəl yar
Mənə meyl eyləmir o yar, məni sevmir o gözəl yar

Bu məhəbbət ki deyirlər, bu sağalmaz bir azardı
Gecəsi gündüzü yoxdu, hər anı dərdi qubardı
Bu məhəbbət ki deyirlər, bu sağalmaz bir azardı
Gecəsi gündüzü yoxdu, hər anı dərdi qubardı
Bu sözü eşitməyəydim, dedilər sevdiyi vardı
Kaş olaydı qulağım kar, məni sevmir o gözəl yar
Kaş olaydı qulağım kar, məni sevmir o gözəl yar

Nə edim mən dili biymar, məni sevmir o gözəl yar
Mənə meyl eyləmir o yar, məni sevmir o gözəl yar

Onu vəsf edir bu sözlər, onu vəsf edir qəzəllər
Qələm aciz yaza bilmir, cəsarət eyləmir ellər
Onu vəsf edir bu sözlər, onu vəsf edir qəzəllər
Qələm aciz yaza bilmir, cəsarət eyləmir ellər
Dedilər ki ondan əl çek, o qədər gözəl var

Mənim üçün bircə gözel var, məni sevmir o gözəl yar
Mənim üçün bircə gözel var, məni sevmir o gözəl yar

Tərlan Novxanı- nin ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#TerlanNovxani #Nailiİmran #Bimar

Комментарии

Информация по комментариям в разработке